Yuxarı

Fransa arxivində ermənilərlə bağlı şok sənəd - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa XİN-in arxivində ermənilərin azərbaycanlılara qarşı cinayətlərini sübut edən sənəd aşkarlanıb.

"Axar.az" xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin azərbaycanlılara qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən vacib sənəd aşkarlanıb.

Bu, Fransanın vaxtilə Tiflisdə fəaliyyət göstərən Qafqaz üzrə Ali Komisarı (səfiri) Damien de Martel tərəfindən 1920-ci ildə Fransa XİN-ə göndərilmiş və hazırda orada arxivində saxlanılan məktubdur.

Məktubda Ali Komisar Ermənistanda, paytaxt İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla 4000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir.

Məktubdan çıxarışda deyilir: "…Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40000-dən çox müsəlmanın (azərbaycanlının) məskunlaşdığı 25 tatar (azərbaycanlı) kəndini mühasirəyə alıblar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4000 nəfər Araz çayına tökülərək öldürülüb. Bu məktubda təfərrüatları sadalamaqla göstərmək istəyirəm ki, heç də həmişə "eyni əhali (xalq) kütləvi qırğına məruz qalmır..."

Bu məktub, Fransanın Qafqaz üzrə Ali Komisarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilib. (Arxiv reyestri: Archives du Ministère des Affaires Etrangères de la République Française, microfilm P 16674)

Tarix
2014.01.31 / 14:24
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla