Yuxarı

Nazirlik süni qiymət artımının qarşısını ala bilmir – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz yalnız lisenziyalı və taksometrlə təchiz olunmuş taksilərdəki süni qiymət artımına cavabdehlik daşıyırıq. Qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlarla isə mübarizə aparırıq və vətəndaşlara da dəfələrlə müraciət etmişik ki, bu tipli taksilərə əyləşməsinlər".

Bu sözləri Bakı-Sumqayıt taksilərinin hava durumundan istifadə edərək qiymətləri 20 manata qaldırması xəbərinə münasibət bildirən Nəqliyyat nazirliyinin mətbuat katibi Namiq Həsənov "Axar.az"a dedi. N.Həsənovun sözlərinə görə bəziləri qeyri-qanuni fəaliyyət göstərdiyi üçün qiymət artımında da özbaşınalıq edir:

"Hansı taksi fərqlənmə nişanlı və lisenziyalıdır, biz yalnız onlarla bağlı danışa bilərik. Liseniyalı taksilərdən isə bu vaxta qədər bizə süni qiymət artımı ilə əlaqəli heç bir müraciət daxil olmayıb. Bütün avtobus və taksi sürücülərinə də göstəriş verilib ki, havanın qeyri-sabit keçəcəyi günlərdə süni qiymət artımına yol verməsinlər. Əgər lisenziya ilə fəaliyyət göstərən nəqliyyat vasitələrində belə bir hal müşahidə olunsa, onlara müvafiq protokollar tətbiq olunacaq. Qanunsuz qiymət artımı isə dəllallıqdır".

Nazirlik sözçüsü bildirib ki, qeyri-qanuni fəaliyyət göstərən taksilərin sayı 10-15 min civarındadır və faktiki olaraq onlarla mübarizə çətindir: "Onların hər birinə bir müfəttiş ayırmaq və qanunsuzluğu müəyyənləşdirmək mümkün deyil. Biz bir növ onlara qarşı mübarizədə çətinlik çəkirik. Gərək əhali özü də bu hallara qarşı mübarizə aparsın və aşkarladığı faktlarla bağlı bizə məlumat versin".

Tarix
2014.01.31 / 13:51
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla