Yuxarı

Məktəblərdə tətil elan edilə bilərmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı şəhərindəki məktəblərdə 50 faizə qədər dərsə gecikmə və ya gəlməmək qeydə alınıb".

"Axar.az"a daxil olan məlumata görə, bu gün Bakı şəhərində bir çox məktəblərdə dərsə davamiyyətlə bağlı ciddi problemlər olub. Havanın şaxtalı olması və yolların buz bağlaması şagirdlərin dərsə davamiyyətinə ciddi təsir göstərib.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Cəsarət Valehli "Axar.az"a açıqlamasında bildirdi ki, bu gün Bakı şəhərindəki məktəblərdə davamiyyətdə hava şəraiti ilə əlaqədər problemlər var:

"Təhsil Nazirliyinə məktəb direktorları tərəfindən verilən məlumata görə, çox sayda müəllim və şagird hava şəraiti ilə bağlı dərsə gəlməyib. Ən çox Qaradağ rayonunda bu cür hadisə müşahidə olunub. Ümumilikdə, Bakı şəhəri üzrə 30-40, hətta 50 faizə qədər məktəbə gəlməmək və ya gecikmək qeydə alınıb ki, bu da reallığı nəzərə aldıqda, üzrlü səbəbdir".

Havaların bu cür davam etməsi durumunda Təhsil Nazirliyinin tətil elan etmək ehtimalı ilə bağlı sualımızı isə Cəsarət bəy bu cür cavablandırdı:

"Önümüzdəki günlər istirahət günlərinə düşür. Ona görə də indidən bu barədə qəti söz demək mümkün deyil".

Tarix
2014.01.31 / 13:32
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla