Yuxarı

“Əli İnsanov bu gün azadlığa çıxa bilər”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əli İnsanovla bağlı hökmlər bu gün ləğv olunmalıdır, qanun belə tələb edir".Bu barədə sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev "Publika.Az"a açıqlamasında bu gün keçiriləcək məhkəmə iclası ilə bağlı deyib.

Vəkil bildirib ki, sabiq nazirin azadlığa çıxmaq ehtimalı yüksəkdir, bunu qanun da tanıyır: "Bu günlərdə Ali Məhkəmənin plenum iclası keçirildi və orda 2003-cü il hadisələri ilə bağlı ittiham olunana müxalifət liderləri ilə bağlı bütün hökmlər ləğv edilərək birinci intansiyaya göndərildi. Bu da analoji işdir. Ora da Avropa Məhkəməsinin 6-ı maddə ilə bağlı qərarı idi. Burda da eynidir. Bu baxımdan hesab edirik ki, eyni forma Əli İnsanovun da işinə tətbiq olunmalı, ən azından iş birinci instansiyaya göndərilməlidir. Bizim bununla bağlı gözləntilərimiz var".

Qeyd edək ki, "Yeni Müsavat" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər yayıb ki, Ə. İnsanovla hökumət arasında razılıq əldə olunub və o, azadlığa çıxdıqdan sonra siyasi proseslərə qoşulmaması şərti ilə bu gün azad edilə bilər.

T. Babayev isə bunu təkzib edir: "Bu yalandır, belə bir şey mümkün deyil. əgər belə olsaydı, bu günə qədər gözləmək lazım gəlməzdir".

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb.

2013-cü il martın 14-də Ə. İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Ə. İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Tarix
2014.01.31 / 11:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla