Yuxarı

Bağlı olan yolların - Siyahısı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 30-da axşam saat 22:00-dan gecə saat 3:00-dək Bakı-Şamaxı yolunun 25-ci km-dən 55-ci km-ə qədər çovğun olması ilə əlaqədar Bakıya sərnişin daşıyan və digər şəxsi nəqliyyat vasitələrində 100-dən çox insan qalıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, bu müddət ərzində həmin sərnişinlər Yol Patrul Xidməti avtomobillərinin köməyi ilə təxliyə olunaraq Bakı şəhərinə çatdırılıblar: "Hazırda ərazi üzrə yol istismar idarələrinin iştirakı ilə yollarda xidmət aparılır və bütün ərazilərdə yolun qardan təmizlənməsi prosesi davam edir. Amma qarın güclü yağması səbəbindən qreyderlər yolların təmizlənməsini vaxtında çatdıra bilmirlər. Qreyderlər 50-60 km məsafədə keçəndən 15 dəqiqə sonra qar yerə oturur, avtomobillər keçən kimi bərkiyir və buzlaşma gedir".

K.Əliyev respublika ərazisində qar yağması ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı ərazilərin adlarını da açıqlayıb: "Hazırda Bakı-Şamaxı yolunda qar yağır, yolun səthi buzdur. Yolun 15-ci km-dən 45-ci km-ə qədər çovğundur, nəqliyyat vasitələrinin hərəkəti məhduddur.

Bakı-Quba yolunda 83-cü km-ə qədər yol açıqdır, qar yağır. Amma 83-cü km-dən sonra yolun mərkəzi hissəsi buz bağlayıb. Bakı-Qazax yolunda qar yağır, hərəkət çətindir. Yolun 14-cü km-dən 24-cü km-ə qədər çovğundur. Ağsu-İsmayıllı ərazisində hərəkət məhduddur, qar yağır.

Oğuz-Qəbələ ərazisində hərəkət məhduddur, qar yağır. Yevlax-Zaqatala yolunda hərəkət var, lakin qar yağır. Ələt-Astara yolunda qar yağsa da, hərəkət var. Sabirabad-İmişli ərazisində də qar yağır, amma hərəkət var".

Bununla əlaqədar K.Əliyev Baş Dövlət Yol Polisi İdarəsi adından bir daha sürücülərə müraciət edərək onlara yollarda ehtiyatlı olmağı tövsiyə edib:

"Sürücülərə və avtomobil sahiblərinə qeyd olunan istiqamətlərdə mümkün qədər fərdi nəqliyyat vasitələrindən az istifadə olunması və qeyd edilən ərazilərdə yalnız hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Çünki bəzi ərazilərdə hərəkət məhduddur, hətta covğuna görə hər iki oxu aparıcı olan avtomobillərin də hərəkəti çox çətindir".

***

Paytaxt ərazisində qarlı hava ilə əlaqədar olaraq təhlükəli yolların siyahısını açıqlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, hazırda paytaxtın Babək, Tbilisi, Neftçilər prospektində yollarda buzlaşma müşahidə edilir. Heydər Əliyev prospektinin sağ hərəkət hissəsində yol qəzası baş verdiyi üçün hərəkətdə müəyyən sıxlıqlar yaranıb.

V.Əsədov həmçinin bildirib ki, hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görünür.

Şöbə rəisi yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmağı, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etməyi, yüksək sürətdən uzaq olmağı məsləhət görüb.

Tarix
2014.01.31 / 11:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla