Ana səhifə Toplum |
Bu gecədən paytaxta yağmağa başlayan güclü qar fasiləsiz olaraq əhaliyə xidmət göstərən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işinə də mənfi təsir göstərib.
Stansiyadan verilən məlumata görə, gecə saatlarında bir neçə maşın yolda qalıb.
"Baxmayaraq ki, stansiyanın ixtiyarında olan təcili yardım maşınları qış mövsümünə tam hazırdı. Lakin yenə də müəyyən problemlər yaranıb", - deyə stansiyadan bildirilib.
Çağrışla gedən 3 təcili yardım maşını yolda batıb. Həmin maşınların çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri çağrılıb.
Bundan başqa, çağırışa gedən maşınların hərəkəti paytaxt yollarında olduqca çətinləşib. Bu da həkimlərin xəstələrin yardımına çatmasında müəyyən çətinliklər yaradıb (Anspress).
Tarix
2014.01.31 / 08:05
|
Müəllif
Axar.az
|