Yuxarı

Məhəbbət Kazımov – ilk məhəbbətim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də eşitdiyim bu xəbərə inanmadım. Növbəti iş günlərindən biri olsa da, bu gün yəqin ki, yaddaşımdan heç çıxmaz.

İş yoldaşımın yaxınlaşaraq, "Məhəbbət Kazımov rəhmətə gedib" deməsi əlimi-qolumu boşaltdı. İndi haqq dünyasında olan sevimli müğənni ilə bu günlərdə müsahibə götürəcəkdim. Söhbətin sualları da müzakirə olunmuşdu. Bu mənim ilk müsahibəm olacaqdı. Usta yazarlarımız deyir ki, jurnalistin ilk müsahibəsi ilk məhəbbət kimidi...

Müğənni ilə zəngləşib, vədələşmişdik. Xəbərin şokunda sənətçinin telefonuna zəng etmək istədim. İnana bilmirdim. Lakin rəqəmləri sona qədər yığa bilmədim, bacarmadım. Bir neçə dəqiqədən sonra isə bütün mətbuat bu qara xəbəri paylaşırdı...

Mən onun zəngini, səhhətinin yaxşılaşdığını deyəcəyini gözləyirdim, qəfil gələn ölüm xəbərini yox.
Müsahibə götürmək istəyim də elə onun ağır xəstə olmasından yaranan istək idi. İstəyirdim ki, tanınmış müğənnimizi müsahibə vasitəsi ilə tamaşaçıları, sevənləri ilə görüşdürüm.

Zəngimdən məmnun qalmışdı. Amma səsindəki yorğunluq və təngnəfəslikdən hiss etmişdim ki, Məhəbbət bəyin səhhəti heç də yaxşı deyil. Elə özü də bunu təsdiqləmişdi: "Həkim nəzarətindəyəm, yaxşı olan kimi sizinlə əlaqə saxlayacağam".

Verəcəyim suallardan biri də onun doğulub boya-başa çatdığı Laçın haqda olacaqdı. Bəlkə də ən kövrək yeri Laçın idi. Axı dəfələrlə özü demişdi ki, orada, o dağların qoynundakı sevimli yurdda konsert vermək, "Laçınım" mahnısını ifa etmək istəyir. Elə haqq dünyasına qovuşduqda da doğma yurdunda dəfn olunmağı dilinə gətirərdi. Çox heyf, o bu arzuya çata bilmədi. Mənim onunla həmsöhbət olmaq arzum, Məhəbbət Kazımovun müqəddəs arzusunun yanında heç nə olsa da, mənim gerçəkləşdirə bilmədiyim istək də məni çox üzəcək...

Ona verəcəyim suallar ancaq o səsin, o nəfəsin, istedadın adına hazırlanmışdı...

Qulaqlarımda hələ də o səsdir: "Qurudub göndərmə bənövşələri", "Belə qəmli dayanma". Və əsrarəngiz səsin içindəki haray: "Laçınım, Laçınım, Laçınım mənim"... Bir də ölməz Məmməd Arazın sözlərinə oxuduğu "Duman salamat qal, dağ salamat qal"...

Tarix
2014.01.30 / 21:45
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla