Yuxarı

Azərbaycanda sələfi qruplar arasında dava qızışır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlixan Musayev barəsində növbəti ittihamlar yayıldı, "Ləzgi" və Müşfiqabad məscidlərinin radikallara bağlı olması iddia edilir.

Ötən həftə sələfi icması ruhaniləri Qamət Süleymanov və Əlixan Musayev arasında qalmaqal barədə yazmışdıq. Qamət Süleymanov və tərəfdarları bəyanat yayaraq Əlixan Musayevi təkfirçi qruplara qoşulmaqda ittiham edib. İkincisi isə bəyanat yayaraq Q.Süleymanovu fitnə yaratmaqda günahlandırıb. Sələfi ruhanilər arasında ittihamlar bu dəfə internet üzərindən davam edir. Sosial şəbəkələr və "youtube" saytında bu ruhaniləri tənqid edən yazılar və videoroliklər yayımlanır.

Ötən gün daha bir məlumat Əlixan Musayev barəsində yayılıb. Məlumatda qeyd olunur ki, Əlixan Musayev haqqında deyilənlər öz təsdiqini tapır. Sitat: "Getdikcə vəziyyətinin pisləşdiyini görən Əlixan Musayev öz cihadçı tələbələri ilə mənhəci doğru olan digər Mədinə tələbələrinə qarşı virtual müharibəyə başlayır. Çünki Əlixan Musayev özü də yaxşı bilir ki, plan üzərində hərəkət edir. Türkiyənin İran agenti Mustafa İslamoğu ilə bağladığı müqaviləyə əsasən Azərbaycanda eyni vəzifəni yerinə yetirən Əlixan Musayev verilən tapşırığı çox ustalıqla həyata keçirir".

Məqalədə qeyd olunur ki, "ona verilən tapşırıq bundan ibarətdir ki, nə edirsənsə et, Azərbaycanda islam dəvətçilərinin, doğru yolda olan, metodları doğru olan elm tələbələrini, islam dəvətçilərini qarala, onların arasına nifaq toxumlarını səp. Onlara müxtəlif ittihamlar de. Beləliklə Azərbaycanda sünni dəvətinin qarşısını kəs. Əlixan da bunu hələlik ustalıqla həyata keçirir. Son vaxtlar başda Əlixan olmaqla onun cihadçı dostları indi Mədinə tələbəsi olan Qamət Süleymanov haqqında yeni məsxərə hazırlayıblar. Əgər hüquq-mühafizə orqanları Əlixanı bu əməlindən çəkindirməsə Azərbaycanda təhlükənin genişlənəcəyini düşünmək olar. Buraya siz artıq radikalların iki məscidi "Ləzgi" və Müşfiqabad məscidlərini də Əlixan vasitəsi ilə ələ keçirdiklərini qeyd edin. Həmçinin Əlixanın tapşırığı ilə özündən və yalnız köməkçisi Mübariz Qurbanovdan başqa heç kimə həmin məscidlərdə xütbə verilməsinə icazə verilmədiyini də əlavə edin. Qamət haqqında Əlixanın hazırlatdığı videonu sizə göndəririk".

Qeyd edək ki, göründüyü kimi bu məlumat rəqib qruplaşmalar arasında mübarizənin növbəti mərhələsidir. Artıq video-portallarda bu cür videoların sayı çoxalmaqdadır. Hər iki tərəf müxtəlif məqamlardan yararlanaraq biri birinə zərbə vurmağa çalışır ("Musavat").

Tarix
2014.01.30 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla