Yuxarı

Azərbaycanda şadlıq evləri ilə bağlı qorxulu açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanitar-Epidemioloji qaydaları pozan müəssisə rəhbərləri cəzalandırılıb.

"Axar.az"ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, təkcə 2013-cü ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 37 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 3 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib və 15 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 922, mikrobioloji göstəricilərinə görə 873, toksikoloji göstəricilərinə görə 343, radioloji göstəricilərinə görə 32 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 14-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi götürülüb, 23 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Dekabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş verib, 113 nəfər zərərçəkən olub. O cümlədən 9 botulizm hadisəsi baş verib və bu səbəbdən 17 nəfər zərərçəkib.

Tarix
2014.01.30 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla