Yuxarı

Cavid Zeynallının imza günü keçiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-də Zero Kitab Evində (Sabir bağı ilə üzbəüz) Cavid Zeynallının "Leyla" romanının imza günü keçiriləcək. Tədbir saat 13:00-dan 17:00-dək davam edəcək. Müəllifdən imzalı kitab əldə etmək istəyən hər kəs tədbirə dəvətlidir.

"Kulisin kitabxanası" seriyasından çap olunan romanda Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin obrazı yaradılıb.

Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə "hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə, cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir.

Tarix
2014.01.30 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla