Yuxarı

Usubovun vəzifədən çıxardığı rəis Şeyxin qohumudur – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri Ramil Usubovun Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu tutduğu vəzifədən azad etməsi barədə xəbər vermişdik.

"Axar.az"a özəl qaynaqlardan daxil olan məlumata görə, M.Mikayılov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin yaxın qohumudur. Bildirilir ki, uzun müddətdir işində ciddi nöqsanlara yol verməsimə baxmayaraq, işdən kənarlaşdırılmaması da məhz bununla bağlı olub.

Qeyd edək ki, R.Usubov polis polkovnikini küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib. M.Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir.

Lakin M.Mikayılovun həm də ötən ilin avqustunda "Duzlu göl" adlanan ərazidə törədilən qətl hadisəsində nöqsanlara yol verdiyi bildirilir. Daha doğrusu, onun uzun müddətdir Suraxanı Rayon Polis İdarəsində araşdırılan həmin cinayət işi barədə düzgün informasiya verməməsi zərərçəkənlərin haqlı narazılığına səbəb olub. Onlar hesab edirlər ki, "Duzlu göl"dəki qətllə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirə biləcək əsas şəxs Suraxanı RPİ-nin keçmiş rəisi Məmməd Mikayılovdur.

Məmməd Mikayılov İnterpolun və Nəsimi Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Lakin idarə rəisi hələlik bu informasiyaları nə təsdiq, nə də inkar edəcək heç bir konkret açıqlama verməyib.

Tarix
2014.01.30 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla