Yuxarı

Təhsil Nazirliyi dörd filialın bağlanmasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun 4 filialının (Sumqayıt, Gəncə, Mingəçevir və Salyan) fəaliyyətinin dayandırılması və orada fəaliyyət göstərən pedaqoji işçilərin işlə təminatı məsələsinə aydınlıq gətirib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib ki, hazırda Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı fəaliyyət göstərir və bu il 4 filiala qəbulun aparılması nəzərdə tutulmayıb. O deyib ki, həmin filiallara qəbulun dayandırılması ilə bağlı Müəllimlər İnstitutunun rəhbərliyi nazirliyə müraciət edib: "Əgər bu il həmin filiallara qəbul aparılmayacaqsa, gələcəkdə onlar bağlanacaq. Orada işləyən insanların işlə təminatı və harada yerləşdirilməsi hazırda nazirlikdə nəzərdən keçirilir. Sumqayıt Dövlət Universitetində müvafiq müəllim ixtisasları var ki, bəzi müəllimlər ora göndəriləcək. Gəncədə də 3 universitet var və Müəllimlər İnstitutunun Gəncə filialının həm müəllimləri, həm də təhsil alanlar oraya yerləşdiriləcək. Pedaqoji müəllim kontingenti digər ərazilərdəki yaxın ali məktəblərə də yerləşdirilə bilər. Bu gün tədrisi aparmaq üçün müəllimlər ən azı magistraturanı bitirməlidir. Amma filiallarda elə insanlar var ki, onlar bakalavr üzrə təhsil aldıqdan sonra tədris aparır. Belə problemlər var və onlar barəsində də indidən düşünülür".

Nazirlik nümayəndəsi Sumqayıt Dövlət Universitetində aparılan islahatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, universitetdə işdən azad olunan prorektorlar kafedra müdiri vəzifəsinə keçiriliblər: "Ora yeni rektor əvəzi Elxan Hüseynov təyin olub və ali məktəbdə müvafiq islahatlar həyata keçirilir".

Tarix
2014.01.30 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla