Yuxarı

Hökumətdən Zakir Həsənova müharibə təlimatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Artur Rasizadənin Müdafiə Nazirliyində ordunun döyüş hazırlığı ilə bağlı müşavirəyə rəhbərlik etməsi təsadüf deyil. Rasizadə ictimaiyyətə bir mesaj olaraq Müdafiə Nazirliyinə gəldi və bu mesaj birbaşa ölkə rəhbərliyi ilə əlaqəlidir.

Adının açıqlanmasını məqbul saymayan hərbi ekspertin "Axar.az"a verdiyi məlumata görə, hər iki-üç ildə bir dəfə cəbhədə bu cür gərginlik yaransa da, ilk dəfədir ki, Baş nazirin rəhbərliyi ilə Müdafiə Nazirliyi toplantı keçirir və döyüş hazırlığının vəziyyətinin müzakirə edildiyi barədə cəmiyyətə xəbər göndərilir:

"Əslində, Azərbaycan hakimiyyəti döyüş hazırlığının vəziyyətini kifayət qədər yaxşı bilir və texniki təchizatdan da məlumatlıdır. Bu müzakirənin əsasını isə mümkün müharibə təhlükəsində fövqəladə iş rejiminə keçidlə bağlı hökumətin strukturları ilə qanunvericiliyə uyğun nəzərdə tutulan əlaqənin detallı müzakirəsi təşkil edirdi".

Bu görüşə Ermənistan mediasının və politoloqlarının reaksiya verdiyini nəzərə çatdıran ekspert erməni tərəfinin açıqlamalarını diqqətlə izləməyi tövsiyyə etdi: "Əgər diqqət etmisinizsə, erməni rəsmilərinin ictimaiyyətə açıqlaması müharibə olacağı və cəbhədə Azərbaycan Ordusunun maksimal döyüş hazırlığına gətirilməsi ilə bağlı xəbərlərin təkzibinə yönəlib. Bu açıqlamalar birbaşa Ermənistandakı psixoloji xaosdan xəbər verir. Ruh düşkünlüyü və gərginlik erməni toplumunda o qədər acınacaqlı vəziyyət yaradıb ki, Ermənistan rəsmiləri bunu aradan qaldırmaq üçün bir-birinin ardınca açıqlamalar verməyə məcburdurlar. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin Azərbaycan Prezidenti haqqında "millətçi, şovinist" ittihamı irəli sürməsinin də səbəbi erməni toplumundakı qorxunun mənbəyinə çarəsiz hücum cəhdidir. Erməni siyasiləri bu məhkəmə məzhəkəsi ilə öz cəmiyyətinə çatdırmaq istəyirlər ki, beynəlxalq qurum Azərbaycan Prezidentinin "millətçiliyini" diqqətdə saxlayır və bundan narahat olmağa dəyməz. Çünki İlham Əliyevin son illər siyasi-praktik addımları Ermənistanda xüsusi narahatlıq yaradıb".

Ekspertin sözlərinə görə, faktiki olaraq hazırda həm maddi-texniki, həm də psixoloji üstünlük Azərbaycan tərəfdədir: "Artıq Azərbaycan Ordusunun hücumu haqda xəbərlərin özü belə bir neçə gün öncə Ermənistanın Tavuş rayonunda sərhədyanı üç kəndin dərhal boşaldılması ilə müşayiət olunan vəziyyət yaradır. Ermənistan rəsmiləri bunu "evakuasiya" ilə əlaqələndirdi. Əslində isə vəziyyət tamam başqa cürdür. Sərhəddə yerləşən erməni kəndləri hər an başlayacaq müharibə qorxusu altında adi xəbərdən kəndləri boşaldıb qaçırlar. Ermənilərin hazırkı psixoloji vəziyyəti 1992-93-cü illərdə "rus ordusu yaraqlılarla birgə hücuma keçdi" psixoloji təzyiqi altında yaşayan azərbaycanlılara yaxşı tanışdır. Hazırda həmin durumda ermənilər yaşayırlar".

Ekspert bu psixoloji hücumun bir an da olsun, dayandırılmamasının vacibliyini və bu üstünlükdən həm hərbi, həm də siyasi manevrlərdə istifadənin zəruriliyini də önə çəkdi: "Elə Artur Rasizadənin Müdafiə Nazirliyindəki görüşünün də arxasında məhz bu məqam dayanır".

Tarix
2014.01.30 / 11:59
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla