Yuxarı

Maral ovuna qurban getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 26-da Oğuz rayon prokurorluğuna 1981-ci il təvəllüdlü Seydəliyev Məmmədbağır Aydın oğlunun rayonun Xaçmaz kəndi ərazisində meşə massivində qayadan yıxılaraq ölməsi barədə məlumat daxil olub.

"Axar.az"a Respublika Baş prokurorluğundan daxil olan məlumatda deyilir ki, bununla əlaqədar rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və başqa prosessual hərəkətlər yerinə yetirilib.

M.Seydəliyevin meyitinin xarici müayinəsi zamanı bədənində odlu silahla yetirilmiş xəsarətlər aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 258.3.2-ci (qanunsuz ov etmə) maddələri ilə cinayət işi başladılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

İstintaq nəticəsində məlum olub ki, Xalid Həsrətov həm gün saat 10 radələrində tanışları - Oğuz rayon sakinləri Məmmədbağır Seydəliyev, Maarif Lətifov və Oğuz rayon Meşələrin bərpası və mühafizəsi müəssisəsinin meşə gözətçisi vəzifəsində işləyən və qulluq mövqeyindən sui-istifadə edən Arif Salehovla müvafiq icazə olmadan, qadagan edilmiş vaxtda qanunsuz ov etmə məqsədi ilə qabaqcadan əlbir olaraq, hər biri yivsiz ov tüfəngləri ilə silahlanıb, "Qırmızı kitab"a daxil edilməklə ovlanması tamamilə qadağan edilmiş maral cinsinə aid heyvanları ovlamaq niyyəti ilə rayonun Xaçmaz kəndi ərazisində yerləşən "Böyuk Daş" deyilən əraziyə gediblər.

Həmin gün saat ov prosesində onlar istifadələrində olan ov tufənglərindən qarşılarına çıxan maralı ovlayıblar. Bu zaman Xalid Həsrətovun açdığı atəşlərin ondan nisbətən aralıda dayanıb ov gözləyən Məmmədbağır Seydəliyevin bədəninin müxtəlif nahiyələrinə dəyib xəsarət yetirməklə ehtiyatsızlıqdan onu öldürməsində əsaslı şübhələr olduğundan o, Cinayət Məcəlləsinin 124.1 və 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.

İş üzrə Arif Salehov Cinayət Məcəlləsinin 258.3.1 və 258.3.2-ci, Maarif Lətifov isə 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Tarix
2014.01.30 / 11:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla