Yuxarı

Kişini qadının arıqlığı maraqlandırmır – Psixoloq rəyi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərə nəzər salsaq hər iki xanımdan biri pəhriz saxlayır. Bəziləri həkim nəzarəti altında, bəziləri isə özbaşına. Lakin çoxları bilmir ki, özbaşına pəhriz saxlamaq sonra bir çox fəsadlara gətirib çıxarda bilər. Bəs görəsən, son vaxtlar pəhriz tutanların sayı niyə bu qədər artıb? Buna səbəb olan amillər hansılardır?

"Axar.az"ın suallarını psixoloq Dəyanət Rzayev cavablandırıb.

Psixoloqun fikrincə, arıqlamaq daha çox psixoloji problemdir və xanımların yerli-yersiz pəhriz saxlamasında şou-biznes nümayəndələrinin təsiri böyükdür:

"Arıqlamaq daha çox psixoloji problemdir, fizioloji problem deyil. İnsan özünü olduğu kimi qəbul edə bilməyəndə psixoloji bu, problemə çevrilir. Maneken olmaq üçün dünyada müəyyən standartlar qəbul olunub. Bir çox xanımlarımız da onlar kimi olmaq istəyir. Bunun üçün də müxtəlif dietalarla özünə işgəncə verməyə başlayır. Lakin bu, düzgün deyil. Hər bir insanın öz biokimyası, öz fiziologiyası var və onun əleyhinə çıxmaq olmaz. Qadınların arıqlamaq istəyinə təsir edən amillərdən biri kimi müğənnilərin televiziya proqramlarına çıxaraq formada qalmanın sirlərini paylaşmalarını göstərə bilərik. Qadınlarımız onlardan nümunə götürür. Lakin başa düşmək lazımdır ki, onlar səhnə adamıdır, özlərinə fikir verməlidirlər. Təəssüf ki, xanımların əksəriyyəti elə fikirləşir ki, onlar arıqlasa, formada qalsa, həyat yoldaşları onları tərk etməyəcək. Lakin bu, yalan söhbətdir. Kişini qadının arıq olması deyil, daha çox davranışı, əlçatmazlığı maraqlandırır".

Psixoloq qadınlara məsləhət verməyi də unutmadı:

"Xanımlar olduğu kimi qalsınlar. Əsas odur ki, sağlam qida ilə sağlam həyat tərzi sürməyi bacarsınlar".

Araşdırmamızla bağlı idmançı Ceyhun Vəliyevdən də açıqlama aldıq. Onun sözlərinə görə, pəhriz tutmazdan qabaq tibbi müayinədən keçmək lazımdır:

"Pəhriz tutmazdan öncə mütləq müayinədən keçmək lazımdır. Məsələn, əgər pəhriz saxlayanın 40-50 yaşı varsa, o, mütləq şəkildə təzyiqini və şəkərini yoxlatdırmalıdır. Çünki problemi olan adamın məşq prosesində rənginin saralması, ağarması, tez yorulması özünü büruzə verir. Həkim nəzarəti olmadan pəhriz saxlayan şəxslərdə bir sıra fəsadlar əmələ gələ bilər. Son vaxtlar arıqlamaq üçün müraciət edənlərin, istər xanım, istər də bəylərin sayı çoxdur".

Tarix
2014.01.30 / 08:02
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla