Yuxarı

Suriya bioloji silah istehsal edir - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriya rəhbərliyi kimyəvi silahın ləğv edilməsinə razılıq verməsinə baxmayaraq hazırda bioloji silah istehsal edir".

Bu informasiyanı "France Presse" agentliyi yayıb.

ABŞ Milli Kəşfiyyatının başçısı Ceyms Klepper Senatın Komitəsində etdiyi çıxışı zamanı bildirib ki, bu silah növünün istehsal edilməsi üçün Suriya hərbi bioloji proqramının bəzi detalları artıq həyata keçirilib. "Əgər onların bu tədqiqatı davam etdirilərsə, məhdud sayda bioloji silah istehsal edə bilərlər. Çox böyük ehtimalla bu silahın yaradılması prosesinə xeyli vaxt öncə başlanılıb. Ancaq ABŞ kəşfiyyatında bu haqda heç bir məlumat olmayıb", - deyə ABŞ Milli Kəşfiyyatının başçısı bildirib.

Rəsmi Dəməşq hələlik Ceyms Klepperin açıqlaması ilə bağlı heç bir izahat verməyib.

"France Presse" agentliyinin məlumatına görə, ABŞ xüsusi xidmət orqanları Suriyanın bioloji silah istehsal etdikləri barədə ilk dəfə açıqlama verirlər. O da vurğulanır ki, Suriya hərbi bioloji proqramı haqda informasiya ölkə mediasında yayımlanmayıb.

Xatırladaq ki, ötən il Suriya ABŞ-ın təzyiqi ilə kimyəvi silahın istehsalından və istifadə edilməsindən imtina edib. Hazırda rəsmi Dəməşq kimyəvi silahın hazırlanması üçün lazım olan komponentlərin məhv edilməsi ilə məşğuldur. Beynəlxalq komandanın köməyilə Suriyadan kimyəvi silahlar və ximikatlar məhv edilmək üçün dənizdə ABŞ gəmisinə yüklənir. Bu prosesin iyun ayının 30-dək bitirilməsi gözlənilir. Bütün bu proqramın həyata keçirilməsi üçün 1 milyard dolların xərclənəcəyi nəzərdə tutulur. (ANS)

Tarix
2014.01.30 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla