Yuxarı

Ramil Usubov Kollegiya iclasında polkovniki işdən qovdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyində ötən gün keçirilən geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəisinin fəaliyyətini ciddi tənqid edib.

R. Usubov Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. M. Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir.

R. Usubov, həmçinin Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun də fəaliyyətini ciddi tənqid edib və onların rəhbəri olduğu polis şöbələrində yoxlamaların aparılması barədə aidiyyəti şəxslərə tapşırıq verib. Yoxlamaların nəticəsindən asılı olaraq həmin polis rəisləri barəsində də ölçü götürüləcəyi bildirilib.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi Qamboy Zeynalov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin idarənin rəisi vəzifəsini icra etmək Əkbər Ələkbərliyə həvalə olunub.

Tarix
2014.01.29 / 17:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla