Yuxarı

PA-dan cəbhədəki gərginliyə münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən, çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir".

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, Ermənistanın cəhdlərinə baxmayaraq, bu, mümkün deyil:

"Ermənistanın daxilindəki fəlakətli sosial-iqtisadi vəziyyət ölkə iqtidarının yürütdüyü siyasətlə birbaşa bağlıdır və bunu cəbhə bölgəsində gərginlik yaratmaqla ört-basdır etmək olmaz:

"Digər tərəfdən, Azərbaycanın həyata keçirdiyi fəal hücum diplomatiyası nəticəsində Ermənistan hakimiyyəti beynəlxalq aləmdə çox çətin durumla üz-üzə qalıb. Artıq əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar qarşısında işğal faktını ört-basdır etmək mümkün deyil. Ermənistan dövlətinə xarici aləmin, xüsusilə nüfuzlu beynəlxalq təşkilatların, Azərbaycana tərəfdaş dövlətlərin təzyiqi getdikcə artır. Ona görə də Ermənistan bu tipli addımlar atmaqla işğalçılıq siyasətini pərdələməyə çalışır. Lakin bütün bu cəhdlər heç bir nəticə verə bilməz. Zaman Azərbaycanın xeyrinə işləyir.

Ermənistan hakimiyyəti bölgədəki sülhə, təhlükəsizliyə, dövlətlər və xalqlar arasında sivil birgəyaşayış normalarına əsas maneənin məhz onun həyata keçirdiyi siyasətdən qaynaqlandığını gec-tez anlayacaq".

Tarix
2014.01.29 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla