Yuxarı

Suriyalılar “şəhid azərbaycanlılar"ın sayını şişirdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada vuruşan azərbaycanlı mücahidlərin öldürülməsi ilə bağlı hər gün "şəhid olanlar" təbliğatı aparılır. Məqsəd bu "müqəddəs savaşda" azərbaycanlıların iştirakını qabartmaq, daim gündəmdə saxlamaq, yeni-yeni döyüşçülər cəlb etmək və dünyaya bu döyüşlərdə Azərbaycanın da iştirakını göstərməkdir.

Bu barədə "Axar.az"a özəl mənbələrdən məlumat verilib. Bildirilir ki, Suriya müxalifəti xüsusi ləqəblər verdiyi "azərbaycanlı döyüşçülərin" adını açıqlamadan şəklini və hardan olduğunu yaymaqla kifayətlənir, bundan mənbə kimi istifadə edən media isə nəticədə onların istədiyi təbliğatı istəmədən aparır.

Mənbənin bildirdiyinə görə, Suriyada şəhid olduğu bildirilən və mediada yayılan xəbərlərdə adı keçən "azərbaycanlı döyüşçülərin" bir çoxunun adı və soyadı sonadək bəlli olmur və bunu heç araşdırmaq da kimsənin yadına düşmür. Əvəzində isə hər gün Suriyada bir azərbaycanlı mücahidin öldürüldüyü xəbəri yayılır və burdakı xəvaricilərin arasında təbliğ olunur.

Bu gün "Əbu Zübeyir Azəri" adlı daha bir azərbaycanlı döyüşçünün öldürüldüyü xəbərinə diqqət çəkən qaynağımızın sözlərinə görə, bu ləqəbli döyüşçü "vaxtaşırı olaraq öldürülür": "Əbu Zübeyir Azəri adlı şəxsin öldürülməsi ilə bağlı məlumat və fotoşəkillər 2013-cü ilin 18 aprel tarixində Tvitter sosial şəbəkəsində yayılıb. Həmin zaman "Əbu Zübeyr Azəri"nin öldüyü, indi isə "diri" şəklini yayırlar. Beləliklə, statistikanı şişirtməklə təbliğat aparırlar".

"Axar.az" olaraq ötən il 18 aprelində öldürülən tovuzlu "Əbu Zübeyr Azəri" ləqəbli şəxslə indi şəkili olduğu söylənən "Əbu Zübeyr Azəri"nin şəkillərini verir və müqayisəni oxucuların ixtiyarına buraxırıq.

Tarix
2014.01.29 / 11:30
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla