Yuxarı

Bakı Şəhər Prokurorluğu əməliyyat keçirib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyəti müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.

Baş Prokurorluğunun Mətbuat Xidmətindən "Axar.az"a daxil olan məlumata görə, yanvarın 28-də saat 05 radələrində Səbail rayonunun 20-ci sahə ərazisində naməlum avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Əsgərova Fəridə Ağababa qızını vurub hadisə yerindən qaçıb və sonuncu aldığı xəsarətlərdən vəfat edib.

Həmin faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ 21061" markalı "44-BB-282" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Süleymanov Ramil Bağır oğlu tərəfindən törədilməsinə kifayət qədər şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq davam etdirilir.

Tarix
2014.01.29 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla