Yuxarı

Gözəl qadınlarla ünsiyyətdən zövq alıram

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəsin öz peşəsindən əlavə sevdiyi işi, məşğuliyyəti var. Öz işimizdən vaxt tapan kimi hobbimizlə məşğul oluruq və hər birimizin də sevimli məşğuliyyəti fərqli ola bilər.

Muzey açmaq fikrindəyəm

Gənc yazar Dilqəm Əhməd kolleksionerdir. Yazarın maraqlı da arzusu var. Belə ki, əgər ciddi kolleksiyası olarsa, muzey açmaq istəyir:

"Həvəskar kolleksionerəm. Əski kitablar, fotolar, açıqcalar yığıram. Əsasən də, 1939-cu ilə qədər olan latınca nəşrləri. Nə vaxtsa, ciddi kolleksiyam olarsa, balaca bir həvəskar muzey açmaq fikrindəyəm".

Şərif Ağayarın hobbisi çoxşaxəlidir. Maraq çəkən məqamlardan biri də gözəl qadınlarla ünsiyyətdən zövq almasıdır:

"Filmə baxmaq, məclislərdə dostlarla qeybətləşmək, fiziki cəhətdən güclü adamların macəralarını dinləmək, dava-dalaşlarından halı olmaq... Mənim bu cür igid dostlarım var, əksəriyyəti də yerlilərimdir. Hərdən zəngləşirəm onlarla... səslərini eşidəndə sevinirəm. Hə, bir də maşın sürmək. Maşın sürəndə bütün əsəblərim dincəlir, rahatlanıram. Hətta tıxaclarda da! Bir də təbii ki, gözəl qadınlar. Gözəl qadınlarla adi ünsiyyətdən zövq alıram. Bircə şərtlə: bayağı və savadsız olmasınlar... Bir də saxta. Azərbaycanda isə saxta olmayan, bayağı və savadsız olmayan gözəl qadın tapmaq asan deyil. Deməli, qadın dostlarım azdır. Yazmaq da sənətim xaricində həm də hobbidir mənim üçün... Hətta status yazanda, çatda yazışanda dincəlirəm".

Faiq Balabəylinin də özünəməxsus məşğuliyyəti var:

"Mən artıq yaşlı nəsil sayılıram. Fevralın 23-də 50 yaşım olacaq. Ona görə də boş vaxtlarım ötənlərdə qalan illərimdən fərqlidir. İndi demək olar ki, boş vaxtım olmur. Ev, ailə və üstəgəl dostlarla nərd oynayıb, çayxanalarda olmaq, həftədə ən azı üç dəfə Bakı buxtasının cənub hövzəsində, dənizin sahilində olmaq, balıq tutmaq, daha doğrusu, balıqçılara "laqqırtı vurmaq", xəstələnməkdən yayınmaq və sözsüz ki, imkan tapdıqca üzgüçülüyə getməkdən zövq alıram".

Yazar Qan Turalının da maraqlı hobbiləri var. O, böyük serial həvəskarıdır:

"Əvvəl Azərbaycanda kimdən soruşurdun ki, hobbiniz nədir? Hamı deyirdi, kitab oxuyuruq. Amma mən kitab oxumağı boş vaxt hesab etmirəm, bu iş vaxtıdır. Mənim bir neçə hobbim var. Çox sevdiyim işlərdən biri velosiped sürməkdir. Daha sonra şahmatı çox sevirəm. Həyat yoldaşımla tez-tez şahmat oynayıram. Ən sevdiyim hobbilərdən biri də film izləməkdir. Müxtəlif xarici, türk teleseriallarına baxıram" .

Cəlil Cavanşirin hobbiləri isə dəyişkəndir. Yazarın yaşına uyğun olaraq hobbiləri də dəyişir. Hazırda sevdiyi məşğuliyyəti bilyard oynamaqdır:

"Hobbilərim dəyişkəndir. Məsələn, yeniyetməlik vaxtı futbol oynamağı və futbola baxmağı sevirdim. Sonra filmlər hobbiyə çevrildi. Hazırda bilyard oynamaq hobbidir. Yaxşı oynaya bilməsəm də, bu oyunu sevirəm".

Kişi olsaydım, məndən əla bağban çıxardı.

Yazar Sevinc El-Sevərin hobbisi marağımızı çəkdi. Əsasən kişilərə xas olan balıq tutmaq və bağbanlıq xanım yazarın hobbiləri sırasında yer alır :

"Hobbim akvariumumun suyunu dəyişməkdi. Balıqlara zərər vurmadan onları kiçik torla tutmaq... Bu işi sevirəm, bir də bitkiləri əkib çoxaltmağı. Kişi olsaydım, məndən əla bağban çıxardı".

Tarix
2014.01.29 / 09:00
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla