Yuxarı

Səlim Müslümov əlilə görə direktoru işdən qovdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhər sakini, əlil Nizami Kərimovun sosial müavinət ala bilmədiyi üçün özünü yandırmasından sonra Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmov işdən azad edilib.

"Axar.az" ANS-ə istinadən bildirir ki, Mərkəzin direktor əvəzi Natiq Məmmədovun sözlərinə görə, Nizami Kərimov sosial təminatı kəsildikdən sonra ilk dəfə bu il yanvarın 24-də gəlib və qısa söhbətdən sonra özünü yandırıb.

Baş verən olaydan sonra vəzifəsindən azad edilən mərkəzin sabiq direktoru Rövşən Məhərrəmov isə bölgə müxbirimiz Şahin Rzayevə telefonla verdiyi müsahibədə ittihamlarla razılaşmadığını bildirib.

Rövşən Məhərrəmov bəyan edir ki, Nizami Kərimovun müavinətinin dayandırılması özünün səhlənkarlığı üzündən baş verib. Çünki sentyabr ayından bəri müavinət almayan Nizami Kərimov bu işin üstünə düşməyib və lazımi sənədləri toplamayıb.

Bildirək ki, ünvanlı sosial yardım ala bilmədiyindən özünü yandıran Yevlax sakini 44 yaşlı Nizami Kərimovun aldığı yanıq xəsarətləri ağır olduğundan Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olsa da, həyatı təhlükədə deyil.

Həyatına qəsd etməyə cəhd edən Nizami Kərimov heç bir yerdə işləmədiyini və sosial təminat ala bilmədiyinə görə belə bir addim atdığını dedi.

Hadisə ilə bağlı Yevlax rayon ƏSMM-dən Nizami Kərimovun 2 dəfə ünvanlı sosial yardım aldığını və bu yardımın ötən ilin sentyabr ayında dayandırıldığını bildirdilər.

Xatırladaq ki, Nizami Kərimov anadangəlmə 3-cü qrup əlildir. Ailə vəziyyətinə gəlincə isə 20 il əvvəl ailə quran əlil təqribən 10 kvadradmetrlik otaqdan, mətbəx və balaca eyvandan ibarət olan evdə yaşayır. Ailə üzvlərinin sözlərinə görə mülkiyyətində olan avtomobil də istifadəyə yarasız vəziyyətdədir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır. (ANS)

Tarix
2014.01.28 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla