Yuxarı

Mikayıl Cabbarov koreyalı nümayəndələr ilə görüşüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının KAIST (Korea Advanced Institute of Science and Technology) İnstitutunun nümayəndə heyətini qəbul edib.

"Axar.az" Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə KAIST ilə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. ADA Universitetində mühəndislik və informasiya texnologiyaları məktəbinin təsis edilməsi üzrə birgə layihədə KAIST-in iştirakı yüksək qiymətləndirilib. Layihənin uğurla həyata keçirilməsinin qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in də iştirak ediblər.

Qeyd edək ki, 1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji tədqiqat universiteti kimi qurulan KAIST 40 ildən çoxdur ki, bu ölkənin innovasiya inkişafının beyin mərkəzlərindən biridir.

Tarix
2014.01.28 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla