Yuxarı

Azərbaycanda ÜDM 5,8 faiz artıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7 milyard manata çatıb.

"Axar.az"ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 6207,3 manat (7912,5 ABŞ dolları) təşkil edib və 4,4 faiz artıb.

Bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 27,1 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 32 faizini təşkil edib.

Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10 faiz artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və əvvəlki ilə nisbətən 1 faiz artıb.

Ötən ildə sənayedə 26,7 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 46,3 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz), tikintidə 6,8 milyard manatlıq (11,8 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 milyard manatlıq (4,8 faiz) əlavə dəyər yaradılıb. Eyni zamanda informasiya və rabitə xidmətlərində 1,0 milyard manatlıq (1,8 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 milyard manatlıq (7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 milyard manatlıq (1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 milyard manatlıq (14,7 faiz) əlavə dəyər yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.

Tarix
2014.01.28 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla