Yuxarı

Azərbaycanda alçanın qiyməti inanılmaz həddə çatdı - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bazarlarinda alçanın qiyməti fantastik həddə çatıb.

Bununla bağlı xəbəri "Axar.az"ın bazarlardan reportaj hazırlayan müxbiri verib.

Bir neçə bazarda aparılan müşahidələrdən məlum olub ki, bu günlər alçanın bir kilosu bazarlarımızda 900-dən 1000 manata qədərdir.

Bakının "Bazarstore" super marketlərinin ikisində alçanın dənəsi 7 manatdır. Bildirək ki, alça kilo ilə qiymətləndirilsə də, ədəd-ədəd satılır.

"Bazarstore" satıcısının dediyinə görə, alçanın bu qədər bahalı olmasının səbəbi onun qışa qədər saxlanma şəraitinin çətinliyi ilə bağlıdır. Mövsüm vaxtı alçanın kilosunu 4 manata alan alıcılar onu xüsusi soyuducularda saxlayıb, qışda satışa çıxardırlar. Bir ton alçadan çox hissəsi saxlanma müddətində xarab oluduğu üçün yalnız məhsulun az miqdarı satışa çıxarıla bilir. Nəzərinizə çatdıraq ki, "Bazarstore" marketlər şəbəkəsindən başqa digər marketlərdə alça demək olar ki, satılmır.

Nəsimi bazarında isə gördüyümüz qiymət daha da təəccüb doğurur. Burda satıcı alçanın dənəsini 15 manata təklif edir.

Məhsulun qiyməti isə digər meyvələrdən fərqli olaraq nə "Bazarstore" marketlər şəbəkəsində, nə də "Nəsimi" bazarında göstərilir.

Bir məsləni də xüsusi vurğulayaq ki, sadalanan obyektlərdə alça "piştaxta altından" satılır.

Tarix
2014.01.28 / 18:58
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla