Yuxarı

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq planı imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və İtaliya arasında ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr keçirilib.

Tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb və yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı" imzalanıb.

Tədbirdə İtaliyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi kontr-admiral Emanuele Botazzi də iştirak ediblər.

Tarix
2014.01.28 / 18:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla