Yuxarı

Vitse-spiker: “Cəbhədə lokal döyüşlər gedir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bahar Muradova: "Ermənilərin istər Dağlıq Qarabağ ərazisində, istərsə Ermənistan-Azərbaycan sərhədində tək dayanmadıqları bəllidir".

"Vəziyyət kifayət qədər narahatedicidir. Bunun üçün də ölkə rəhbərliyi müzakirələr də, tədbirlər də keçirə bilər, müvafiq qərarlar da qəbul edə bilər. Buna çox normal və təbii yanaşıram. Hər-halda vəziyyətin nə yerdə olması, necə olması ölkə rəhbərliyi tərəfindən dəyərləndirilməlidir".


Bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova "Publika.az"a açıqlamasında Baş nazirin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən müşavirəyə münasibət bildirərkən deyib.

Vitse-spiker qeyd edib ki, insanların narahatlığını dövlət rəsmilərinin də bölüşməsi və bu məsələ ətrafında müzakirələr aparmasını müsbət qiymətləndirir.B. Muradova cəbhədəki son durumu və Ermənistan tərəfindən atəşkəsin mütəmadi pozulmasına da münasibət bildirib. Onun sözlərinə görə, burda məqsəd danışıqlar prosesində Ermənistandan tələb olunan addımları atmamaq üçün müxtəlif provokasiyalar yaratmaqdır: "Ötən ilin sonunda danışıqlar müsbət məcraya qədəm qoymuşdu. Cənab Prezidentin də açıqladığı kimi bundan sonrakı danışıqlar prosesi Ermənistanın necə mövqe tutacağından asılıdır. Dövlət başçısı konstruktiv mövqe tutacaqları təqdirdə bir çox irəliləyişlər əldə etməyin mümkünlüyünü söyləmişdi. Görünür, bu istiqamətdə addımlar atmaq iqtidarında olmayan Ermənistan üstünlüyü təmas bölgəsində gərginliyin yaradılmasında görür. Ona görə də bu cür provokasiyalar göz önündədir. Çox təəssüf ki, cəbhədə vəziyyət artıq lokal döyüşlər xarakteri alıb və hər gün insan itkisi ilə, zabitlərimin, əsgərlərin ölümü, yaralanması ilə müşahidə olunur ki, bu da yolverilməzdir. Azərbaycan tərəfi də haqlı olaraq onların cavabını verir".


Erməni tərəfinin atəşkəsi pozmağa başladığı ərəfədə ölkə rəhbərinin xarici səfərdə olması, eləcə də iki ölkə xarici işlər nazirlərinin görüşməsini də şərh edən B. Muradova bildirib ki, burda məqsəd həmin görüşlərdə diqqəti yalnız lokal döyüşlərə, atəşkəsin pozulması hallarına daha çox yönəltmək və fikri bütövlükdə prosesin yox, onu ayrıca elementi üzərində cəmləməkdir: "Ən azı bunu söyləmək olar. Diqqəti buna yönəltməkdə məqsəd o idi ki, əsas prinsiplərin razılaşdırılması, bilavasitə sazişə keçilməsi ilə bağlı fikirlər kənarda qalsın, danışıqlar yalnız bunun ətrafında getsin. Mən şəxsən belə dəyərləndirə bilərəm. O ki qaldı cənab Prezidentin ölkədən kənarda olması ərəfəsində bunların baş verməsinə, məsələyə başqa cür yanaşmaq lazımdır. Axı, Azərbaycanda elə bir gün olubmu ki, cəbhədə atəşkəs pozulmasın. Hər gün, hər gecə atəşkəs pozulur. Mən cəbhə bölgəsini təmsil etdiyim üçün vaxtaşırı bu bölgələrdə oluram. İnsanlar hər gün təhlükə altındadır. İstər sərhəd, istər təmas xətlərinə yaxın ərazilərdə bu cür ağır, gərgin bir şəraitdə yaşayırlar".


Müdafiə Nazirliyinin "cəbhədə qeyri-erməni dilində komandalar verilir" açıqlamasını da dəyərləndirən vitse-spiker qeyd edib ki, belə bir açıqlama varsa, deməli, bunun əsasları da var və hansısa faktlara söykənir.
"Komandanın hansı dildə verildiyi açıqlanmadığı üçün hansısa fikir söyləyə bilmərəm. Lakin istənilən halda ermənilərin istər Dağlıq Qarabağ ərazisində, istərsə Ermənistanla Azərbaycan sərhədində tək dayanmadıqları da bəllidir", - deyə B. Muradova diqqətə çatdırıb.

Tarix
2014.01.28 / 17:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla