Yuxarı

Erməni diversiya qrupunun üzvü ilə bağlı açıqlama - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:02

Ermənistan təxribat qrupunun üzvü olduğu ehtimal edilən silahlı şəxs tutulub.

Tovuz rayonun Əlibəyli kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi saxlanılıb.

Verilən məlumata görə, erməni hərbçisi cəbhənin təmas xətti istiqamətindən Azərbaycana keçib.

Mülki geyimdə olan şəxsin üzərində odlu silah olub.

Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib ("AzNews.az").

***

18:16

Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum olub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya açıqlamasında bildirib ki, bu gün saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov isə açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən saxlanılıb.

Saat 16 radələrində Tovuz rayonun Əlibəyli kəndində çayı keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub.

20:05

Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb.

"Axar.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, bu gün saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Tarix
2014.01.28 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla