Yuxarı

Göyçayda ev yandı: 1 ölü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Göyçay şəhərinin Mehman Muradov küçəsindəki 56 saylı mənzildə qeydə alınıb. Ev sahibi, 1935-ci il təvəllüdlü Vəliyeva Şükufə Məhəmməd qızına məxsus ümumi sahəsi 180 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə zamanı evin döşəməsi və oradakı divan yanıb. Yanğın söndürülən zaman qaz sobasının yanında ev sahibi Şükufə Vəliyevanın meyiti tapılıb. Məlum olub ki, isinmək üçün sobanın yanında oturan 79 yaşlı qadın naməlum səbəbdən sobanın üstünə yıxılıb və yanaraq dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Tənha yaşayan qadının hansı səbəbdən sobanın üstünə yıxılması və orada yanaraq ölməsi faktı araşdırılır.

Tarix
2014.01.28 / 16:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla