Yuxarı

Elçin Mirzəbəyli: “Daxili rəqabətimiz ermənilərə işləyir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim saytın ermənilər tərəfindən vurulmasının əsas səbəbi milli məsələlərdə fəal olmağımızdır".

Bu sözləri "Axar.az"a açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli dedi. O bildirdi ki, proqramçılar hücumu qismən zərərsizləşdiriblər və ümumiyyətlə, saytlarının erməni hakerləri tərəfindən vurulmasını ictimailəşdirmək fikrində deyil:

"Belə bir hal baş verən kimi həmin saytın texniki işçiləri problemi tez bir zamanda aradan qaldırmalıdır. Əks təqdirdə, məlumat düşmən mətbuatında qısa zaman içərisində yayılır və onların yerləşdirdiyi fotolar uzun müddət orda qalır. İnformasiya müharibəsi gedirsə, onlar ciddi fəaliyyət göstərən saytları dağıtmağa çalışır".

Elçin Mirzəbəyli yerli media qurumlarının bir-birinə olan düşmənçiliyinin də bu məsələdə rol oynadığını dedi:

"Təəssüflər olsun ki, bizim proqramçılarımızın başı başqa şeylərə qarışıb. Xəbər saytlarına ölkəxarici hücumlarla bərabər, həm də ölkədaxili hücumlar olur. Bu hücumları rəqib media qurumları təşkil edir. Ona görə proqramçıların arasında da düşmənçilik olur. Belə olan halda isə ölkəxarici hücumlar yaddan çıxır və onların başı ölkə daxilindəki rəqabətə qarışır. Bu da düşmənlərimizin işinə yarayır".

Xatırladaq ki, dünən gecə saatlarında "Xalq Cəbhəsi" qəzetinin saytı ("xalqcebhesi.az") erməni hakerlər tərəfindən dağıdılıb və orda erməni hərbi təlimini əks etdirən video-çarx yerləşdirilib. Hazırda sayt öz fəaliyyətini qismən bərpa edib.

Tarix
2014.01.28 / 16:05
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla