Yuxarı

Azərbaycan Ermənistana böyük mesaj verdi – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanda hiss etməlidirlər ki, vəziyyət təhlükəlidir".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə dedi.

O, Novruz Məmmədovun dünənki çıxışında qarşı tərəfə mesajın aydın şəkildə göndərildiyini bildirdi:

"Bu açıqlamanı dərindən analiz etməyə ehtiyac yoxdur. Müharibə həmişə torpağı işğalda olan bir ölkə üçün gündəmdə qalmalıdır. Heç bir yerdə elə şey yoxdur ki, torpağın işğaldadır və sən sakit dayanmalısan. Buna görə də ordu, onun silahlanması və təlimlər lazımdır. Bu, hər zaman bir variant kimi qalacaq. Amma indi hər yerdə "müharibə olacaqmı" sualı müzakirə olunur. İndiki siyasi proseslər bunun gerçəkləşməsinə rəvac yaratmır. Başqa bir tərəfdən isə bu, həm də qarşı tərəfə mesajdır. Bu mesaj daim olmalıdır. Ermənilər bu təhlükəni daim hiss etməlidirlər. Ermənistanda hiss etməlidirlər ki, vəziyyət təhlükəlidir, təhlükəsiz vəziyyətdə yaşamırlar".

Politoloq qarşı tərəfin Azərbaycanın təhlükəli olmadığını anladığı zaman danışıqlardan dərhal imtina edəcəyini deyib: "Əgər Ermənistan Azərbaycanın təhlükəsiz olduğunu hiss etsə, danışıqlara meyl etməyəcək. Elə bu danışıqlar da onlara bunu göstərir. Azərbaycan bunun vasitəsilə deyir ki, baxın, müharibə variantı var, amma gəlin, ən yaxşısı, hər şeyi sülhlə həll edək".

Qeyd edək ki, dünən Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Ermənistanla müharibənin nəzəri olaraq qaldığını demişdi.

Xatırladaq ki, yanvarın 20-dən etibarən cəbhənin təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması halları artıb.

Tarix
2014.01.28 / 15:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla