Yuxarı

Şeyx bəzi məmurları sərt tənqid etdi - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Mir Şahinin danışdıqlarına qulaq asdım, tüklərim biz-biz oldu. Dedikləri çox düz idi. Cəmiyyəti maarifləndirmək lazımdır".

"Axar.az"ın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzə Pirdəki toplantıda deyib.

Şeyx qeyd edib ki, Azərbaycanda cavan uşaqları aldadaraq, cənnət vəd edərək xaricə göndərənlər küfr edirlər. Onları ata-analarından ayıranlar necə cavab verəcəklər?

"Bizim Qarabağ boyda dərdimiz var. Biz öz qeyrətimizi çəkməliyik. Bu qeyrət qala-qala, Suriyada şəhadət adı ilə getmək şəhidlik deyil. Hətta onların çoxu pul qarşılığında gedir ora. Bu cihad deyil. Orada ölənlər şəhid deyil.

Mən inanıram ki, dövlət bununla bağlı lazımi tədbir görəcək.

Hesab edirəm ki, bu məsələdə günah ziyalı, məmur təbəqəsində də var. Bir sıra məmur var ki, onlar dövlət stolunda oturub pul qazanır, amma övladları başqa məzhəblər adı ilə dövlətə qarşı mübarizə aparır.

Qoy hamı eşitsin, bilsin! İndiyə qədər deməmişdik, amma indi veriləcək fətvaya əməl etmək bizim boynumuza düşür.

Biz çalışmalıyıq ki, dövlətə yardım edək".

Şeyx daha sonra Suriyada döyüşə gedən azərbaycanlılara səslənib:

"Suriyada döyüşənlər gəlsələr, dəyişsələr, radikal olmadan öz ibadətlərini etsələr, biz onlara əl dəyməyəcəyik.

Mən Şeyx olaraq onlara müraciət edirəm, onları bu əməllərindən əl çəkməyə çağırıram.

Başqa dövlətlərin çağırışlarına uymasınlar. Axı siz Azərbaycan vətəndaşlarısınız!"

Tarix
2014.01.28 / 11:40
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla