Yuxarı

Polisi şantaj edən jurnalist saxlanılıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü informasiya agentliyinin rəhbəri kimi təqdim edən Rasim Əlizadənin yol polisləri haqqında dediyi sözlər geniş səs-səda doğurub.

Rasim xoşagəlməz sözləri Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının onun avtomaşını cərimə dayanacağına aparandan sonra deyib. Amma bir məsələ var ki, polislər Rasimin idarə etdiyi nəqliyyat vasitəsini əbəs yerə aparmayıblar. Uzun illərdir ki, sükan arxasında oturduğunu deyən Rasimin heç sürücülük vəsiqəsi də olmayıb.

Özünün də dediyi kimi polislərin qanuni hərəkətlərindən hiddətlənən Rasim hirsini rəhbəri oduğu agentliyə qərəzli müsahibə verməkdə görüb.

Polis idarəsinə gətirilən zaman isə özünü jurnalist kimi təqdim edən Rasimin başqa qanuna zidd əməlləri də ortaya çıxıb. Sən demə o, səlahiyyətindən istifadə edərək Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq da edib.

Hazırda Rasim Əlizadə barəsində toplanan materialların araşdırılması davam etdirilir. Bundan sonra Rasim əvvəlki əməlləri ilə bərabər polisin şərəf və ləyaqətini təhqir ediyi üçün də qanun qarşısında cavab verəcək. (ANS)

Tarix
2014.01.28 / 01:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla