Yuxarı

Bu günün hava proqnozu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında duman, çiskin olacaq, gün ərzində isə havanın arabir yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 2-4°, gündüz 4-7° isti, Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, duman olacağı gözlənilir.

Temperatur gecə 3-8°, dağlıq ərazilərdə 10-12° şaxta, gündüz 0-4° isti, bəzi yerlərdə 5°-dək şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir.

Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 0-4°, gündüz 4-9° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 0-5°, gündüz 5-9° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 3-5°, gündüz 5-9° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, temperaturun günü-gündən aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Əlverişsiz hava şəraiti haqqında ilkin xəbərdarlıq.

Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.

Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2-4° isti, 30-da 0°-yə yaxın, 31-də isə minimal temperaturun 2-4° şaxta olacağı gözlənilir.

Şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Prosesin gedişatı ilə əlaqədar hər gün dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.

Tarix
2014.01.28 / 01:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla