Yuxarı

Azərbaycanlıları Suriyaya ölümə göndərən kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabrında baş verən qarşıdurmadan sonra cərəyan daxilində bölünmə dəqiqləşib.

Son günlər radikal dini cərəyanlar mövzusu Azərbaycanda yenidən aktuallaşıb. Suriyada gedən daxili müharibəyə qatılan onlarla azərbaycanlının məhz bu cür təkfirçi, radikal cərəyanların üzvü olması və hər gün artan ölüm xəbərləri ölkədə ciddi narahatlığa səbəb olub.

Artıq radikal təfəkkürlü dindarların varlığı və saylarının durmadan artması ölkə ictimaiyyətini də narahat etməyə başlayıb. İctimai rəyin diqqətinin bu mövzuya yönəlməsinin daha bir səbəbi isə yerli sələfi liderlər arasında başlayan qarşıdurma oldu.

Qamət Süleymanov və Əlixan Musayev arasında başlayan qarşılıqlı ittihamlarla dolu bəyanatlar bu dini təriqət daxilində ciddi qarşıdurmaların olduğunu göstərir. Ötən həftə isə Azərbaycanda sələfilərin (vəhhabilərin) ən çox yayıldığı bölgələrdən olan Sumqayıtda cərəyanın liderlərindən olan Zöhrab Şıxəliyev xeberle.com saytına müsahibə verib. Z.Şıxəliyev cərəyanın ruhani liderlərindən olmasa da, aktiv sələfilərdəndir və özünün dediyinə görə, üçmərtəbəli evini sələfilərə ibadət etmələri üçün istifadəyə verib.

Qeyd edək ki, Z.Şıxəliyevin adı ötən il Sumqayıtda sələfilərin şəhər cümə məscidini ələ keçirmək cəhdi zamanı da gündəmə gəlmişdi. Həmin vaxt bir qrup sələfi məscidə gələrək, bu məsciddə camaat namazı qılmaq istədiklərini bildirmişdi. Ancaq həmin vaxt məsciddə rəsmi təyinatlı axundla yanaşı, ikinci bir ruhaninin camaat namazı qılmaq istəməsi yerli dindarların narazılığına səbəb olmuşdu. Bir neçə gün qarşıdurma vəziyyəti yaransa da, sonradan sələfilər geri çəkilməyə məcbur olmuşdular.

Maraqlıdır ki, Zöhrab Şıxəliyev Suriyada döyüşməyə gedənlərin onların tərəfdarları olmadığını, başqa qruplaşmanın üzvü olduğunu deyib. Və əlavə edib ki, hökumət qurumları bu qruplaşmaları yaxşı tanıyır.

Qeyd edək ki, Z.Şıxəliyev ruhani olmasa da, Sumqayıtda sələfilərin, başqa sözlə Q.Süleymanov tərəfdarlarının əsas simalarından biridir. Özünün bildirdiyi kimi, həqiqətən şəxsi evini cərəyan nümayəndələrinin ixtiyarına verib. Q.Süleymanova yaxın olan bu şəxs şəxsi mülkünü sələfilərin ibadət və tədrisi mərkəzinə çevririb.

Verilən məlumatlara görə, Z.Şıxəliyevin evindəki otaqlardan birində kişilər, digərində isə qadınlar ibadətə və dərslərə yığışırlar. Hər otaqda isə səsgücləndiricilər var.

Bundan başqa, cümə günü istisna olmaqla, hər gün bu otaqlarda dərslər təşkil edilir. Qamət Süleymanov, Əlixan Musayev, Muxtar və daha bir neçə sələfi ruhaniləri gələrək, dini dərslər təşkil edirlər. Eyni zamanda, yalnız cümə günü dərslər keçilmir. Ancaq hər cümə camaat namazı qılınır və özbək aşı məclisi təşkil olunur.

Əldə etdiyimiz məlumata görə, daha əvvəl bu qrupun üzvləri Ceyranbatan məscidinə yığışsa da, ötən ilin yazında Sumqayıtda yeni məscidin açılışından sonra sələfilər də fəallaşaraq, məscid tələb ediblər. Belə ki, sələfilər Ceyranbatan məscidindən uzaqlaşdırıldıqdan sonra, Sumqayıt məscidini ələ keçirməyə çalışıblar.

Ancaq məsciddə camaat namazı qılmaq tələbi ilə gələn sələfilərin iddialarının reallaşmasının mümkünsüz olduğu izah edildikdən sonra, camaat üzvləri yenidən Ceyranbatan məscidinə geri dönüb...

Öz mülkünü dindaşlarının ixtiyarına verən Zöhrab Şıxəliyevin imkanlı şəxslərdən olduğu, daha əvvəllər qızıl ticarəti ilə məşğul olduğu da bildirilir.

Maraqlı daha bir məqam isə Z.Şıxəliyevin doğma qardaşının nüfuzlu şiələrdən olmasıdır. "Yeni Müsavat"a məlumat verən mənbənin bildirdiyinə görə, bu qruplaşma ilə əsasən xaricə döyüşçü göndərən təkfirçi vəhhabilər arasında münasibətlər soyuqdur və hətta düşməncəsinədir.

Ötən il dekabrın 11-də Sumqayıtda baş verən atışmadan sonra aparılan həbslər nəticəsində məlum olmuşdu ki, qarşıdurma sələfi qruplaşmalarının daxilində yaranıb və mübahisəyə səbəb olan da qrupdaxili fikirayrılıqlarıdır.

Sumqayıtda radikal görüşlü təkfirçi vəhhabilər də geniş yayılıblar. Onların əsas fəalları sırasında Ceyhun və Elmar adlı şəxslərin adları çəkilir. Ancaq bu şəxslər qruplaşmanın lideri deyillər, daha çox güc sahiblərii və fəallar kimi tanınıblar. Ötən ilin dekabrında Sumqayıtda baş verən atışmada Elmarın da adı hallanırdı.

Qeyd edək ki, Sumqayıtda təkfirçi vəhhabi qruplaşmalarının izləri ilk dəfə 2007-2008-ci illərdə görünməyə başlayıb. Həmin vaxt MTN Sumqayıtda da əməliyyat keçirmiş və biri ərəb olmaqla, bir neçə nəfər həbs olunmuşdu. Əbu Cəfər ləqəbli ərəbin, eləcə də, həbs olunan digər təkfirçilərin "Meşə Qardaşları" qruplaşmaları ilə bağlantıları üzə çıxmışdı.

Xatırladaq ki, dekabrın 11-də Sumqayıtda bir qrup şəxs arasında atışmada iştirak etməkdə şübhəli bilinərək, həbs olunanların sayı 14 nəfərə çatıb. ("Musavat.com")

Tarix
2014.01.27 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla