Yuxarı

Vaxtı keçmiş ərzaq satanlar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlardakı mağazalardan ümumilikdə 780 kilodan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Axar.az"a verilən məlumata görə, həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

İstifadə müddəti keçən ərzaqları satan mağazalardan 3-ü Sabunçu, 6-sı Nəsimi, 1-i Səbail rayonlarında, eləcə də Sumqayıt, Şəki şəhərlərində, Quba, Şəmkir, Samux, Göycay, Yevlax, Şirvan, Xudat, İsmayıllı, Balakən, Astara, Tərtər rayonlarında fəaliyyət göstərən fiziki şəxslərə məxsus olub.

Monitorinqlər zamanı qanun pozuntusuna yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Tarix
2014.01.27 / 22:36
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla