Yuxarı

Jurnalistlər AŞPA-da aksiya keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də Avropa Şurasında daimi akkreditə olunmuş jurnalistlər AŞPA-nın getməkdə olan prezidenti Jan-Klod Minyonun mətbuat konfransında etiraz aksiyası təşkil ediblər.

Onlar sinələrinə üzərində "Press" yazısı olan plakatlar asıblar.

Türkiyəli jurnalist Kayhan Karaca Amerikanın Səsinə deyib ki, insan hüquqları, demokratiya, qanunun aliliyi, media azadlığı Avropa Şurasının dəyərləridir.

Lakin Karacanın sözlərinə görə, Avropa Şurası son illər media azadlığına lazımi diqqəti yetirmir. AŞ iqtisadi böhranla əlaqədar qurumun işini işıqlandıran medianın büdcəsini kəskin şəkildə azaldıb.

O həmçinin vurğulayb ki, daimi əsaslarla akkreditə olunmuş jurnalistlərin işi üçün otaqlar da jurnalistlərin birgə səyləri sayəsində ayrılıb.

Bundan başqa, Avropa Şurası böhranla əlaqədar Şərqi Avropa ölkələrindən və postsovet məkanından AŞPA sessiyalarına dəvət edilən jurnalistlərin sayını azaldıb. (Amerikanın Səsi)

Tarix
2014.01.27 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla