Ana səhifə Planet |
Türkiyə tarixçilər üçün bütün arxivlərini açıb.
Bu barədə Türkiyə Prezidenti Abdulla Gül fransalı həmkarı Fransua Ollandla Ankarada bazar ertəsi birgə mətbuat konfransında deyib.
"Nəsildən-nəsilə ağrı vermək düzgün olmazdır. Tarixi tarixçilərə
vermək lazımdır. Biz bütün arxivlərimizi açmağa hazır idik və
açdıq. Türkiyə qanunlarında müzakirələr üçün bəzi maneələr mövcud
idi, lakin biz bu qanunlarda dəyişiklik etdik. Türkiyədə bütün
məsələləri müzakirə etmək olar", - Türkiyə prezidenti bildirib.
Ollandın sözlərinə görə, hazırda ötən hadisələrin araşdırılması
üzrə işlər aparılır.
"Bütün lazım olanı edəcəyik ki, cəmiyyət düzgün məlumatlandırılsın", - Olland deyib.
Qeyd edək ki, Fransua Ollandın Türkiyəyə səfəri son 22 il ərzində Fransa prezidentinin ilk rəsmi səfəridir. (Trend)
Tarix
2014.01.27 / 21:40
|
Müəllif
Axar.az
|