Yuxarı

Kreditlərin ləğvi maşın satışına təsir edibmi? - Sorğu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda alıcaların böyük hissəsi maddi durumları ilə əlaqədar kreditlə avtomobil almağa daha çox üstünlük verir. Son bir neçə ildə bu proses kifayət qədər geniş yayılıb və avtomobillərin böyük əksəriyyəti məhz kredit yolu ilə alınır.

Təbii ki, avto-kreditlərin dayandırılması maşın satışına təsirsiz ötüşə bilməz. Bəs, real vəziyyət necədir?

Avtomobil satışı həyata keçirən avtosalonların satış menecerlərinin və sahiblərinin rəyini öyrənmək üçün paytaxtda yerləşən bir neçə avtosalona yollandıq.

Satışımız sıfırdır

"100 cars" avtosalonunun satış təmsilçisi Orxan Əlibəyoğlu:

- Kreditlərin ləğv edilməsi satışa çox təsir edib. Bu gün alıcıların 90 faizi kreditlə avtomobil alanlardır. Onlar kredit üçün bizə müraciət edir, biz də banklara zəng edirik. Banklar da birmənalı olaraq kredit vermir. Son bir həftə ərzində satışımız sıfırdır.

Bu qərarın bizə heç bir təsiri yoxdur

"Avto 101 salon"un satış üzrə məsləhətçisi Elvin Nəbili:

- Kreditin bağlanmasının o avtosalonlara təsiri olar ki, onlar nisbətən aşağı qiyməti olan avtomobillər satırlar. Bizim avtosalonda aşağı qiymətli avtomobillər olmadığına görə, bu qərarın bizə heç bir təsiri yoxdur. 200.000 AZN-lik avtomobili kim kreditlə götürər? Bu tip avtomobillərin alıcıları nağd pullarını verib maşın alırlar. Bir sözlə, satışımız əvvəlki qaydadadır. Son bir həftə ərzində haradasa 3-4 avtomobil satmışıq.

Alıcı gəlsin, nağd pulunu versin, maşınını aparsın

"Avto full" avtosalonunun sahibi Cahangir Şahbazov:

- Kredit olmasa yaxşıdır. Yüz minlik maşının qabağını beş minə çıxarırsan, sonra da heç bir ödəniş olunmur. Bu da dövlətin büdcəsinə ziyan vurur. Ümumilikdə kreditin ləğv edilməsinin bizə heç bir təsiri yoxdur. Alıcı gəlsin, nağd pulunu versin, maşınını aparsın. Son on gün ərzində 3-4 maşın satmışıq.

Satış dayanıb

"Azfloor" avtosalonunun satış məsləhətçisi İbrahim Rüstəmov:

- Son on gün ərzində demək olar ki, satış həyata keçirməmişik. Bir sözlə, satış dayanıb. Ümid edirik ki, kreditlər bərpa olunacaq.

İki ay əvvəl satış hansı vəziyyətdə idisə...

"Mersedes-Benz" avtosalonunun satış meneceri Fariz Hüseynov:

- İki ay əvvəl satış hansı vəziyyətdə idisə, bu gün də həmin vəziyyətdir. Yəni kreditin bağlanması satışda bir o qədər də rol oynamayıb.

Tarix
2014.01.27 / 21:20
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla