Yuxarı

ABŞ mətbuatı Tovuz hadisələrində Ermənistanı suçladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Turner Radio Network" portalı yanvarın 24-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunda hər iki ölkənin silahlı qüvvələrinin toqquşmasının ilk səbəbkarının Ermənistan tərəfinin olduğunu bildirir.

Öz yazısını toqquşmanın video görüntüsü ilə dəstəkləyən portal həmin gün erməni qoşunlarının sərhəddə duran Azərbaycan ordusuna hücum etdiyini bildirib.

Toqquşma zamanı 39 nəfərin həlak olduğunu bildirən portal daha sonra qeyd edib: "Hərbi ekspertlərin fikrincə, müharibənin başlanması ehtimalı böyükdür. Türkiyə və ABŞ Azərbaycanı dəstəkləyəcək. Rusiya Ermənistanı dəstəkləyir və orada hərbi bazaları var".

Politoloq Qabil Hüseynlinin fikrincə, Qarabağda Azərbaycan - Ermənistan (Rusiya) müharibəsi yenidən başlayarsa, ABŞ və Türkiyənin bu münaqişəyə qarışacağına inanmaq mümkün deyil. "Amerika hansı ölkədən çıxırsa, orada həll edilməmiş münaqişələr qoyub gedir. Yəni hansısa münaqişəni həll etmək ABŞ-ın siyasətinə uyğun deyil. Həm də Barak Obamanın dövründə ABŞ-ın Rusiya ilə hər hansı bir münaqişəyə gedəcəyinə inanmaq düzgün deyil. Türkiyəyə gəldikdə isə, böyründə baş verən Suriya münaqişəsinə qarışmağa cürət etmir, Rusiyaya qarşı necə çıxa bilər?",- deyə Qabil Hüseynli vurğulayıb.

Politoloq indiki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll ediləcəyini bildirib. "Rusiya indiki halda Qarabağda müharibənin dondurulmasına çalışır. Azərbaycan da münaqişənin dinc yolla həll edilməsinə sadiqliyini ardıcıl nümayiş etdirir. ABŞ-dan yayılan həmin video görüntülərə gəldikdə isə, müasir elektron vasitələrin yardımı ilə kosmosdan çəkilib. Amerika həmin görüntüləri yaymaqla öz hərbi qüdrətini nümayiş etdirmək istəyir", - deyə Qabil Hüseynli vurğulayır. (ANS)

Tarix
2014.01.27 / 21:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla