Yuxarı

Müdafiə Nazirliyinin 15 kompüteri ələ keçirilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naməlum hakerlər İsrail Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə müdaxilə etməklə fişinq hücumu həyata keçirib və Ümumi Təhlükəsizlik Xidmətindən (ŞABAK) təcili məlumatı imitasiya edən məktub vasitəsilə ölkənin bir sıra kompüterlərini yoluxdurub. Bu barədə İsrailin kibertəhlükəsizlikdə ixtisaslaşan "Seculert" şirkəti məlumat verib.

"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi elektron səhifəsinə istinadən bildirir ki, şirkətin texniki direktoru Aviv Raffın sözlərinə görə, yanvarda hakerlər 15 kompüter üzərində müvəqqəti nəzarətə nail olublar. Həmin kompüterlərdən biri Fələstin ərazisini izləyən İsrail Mülki Administrasiyasına məxsus olub. "Seculert" nümayəndəsi Müdafiə Nazirliyinin şəbəkəsinə haker hücumunun arxasında Fələstin hakerlərinin durduğunu ehtimal etdiyini qeyd edib.

"Seculert"in məlumatına görə, şəbəkəyə müdaxilə üçün "[email protected]" ünvanından dövlət xidməti əməkdaşlarının elektron poçtlarına göndərilən "Xtreme RAT" zərərli proqramından istifadə edilib.

Kompüter hücumu üçün ABŞ-da yerləşən serverlərdən istifadə olunsa da, ekspertlər hücumu Fələstin hakerlərinin həyata keçirdiyini iddia edib.

Tarix
2014.01.27 / 17:29
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla