Yuxarı

Millət vəkili: “Türk oğlu türkəm”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sən mənə "haralısan?" – deyə sual verib, qətiyyən məni alçaltma: Mən azərbaycanlıyam, özüm də türk oğlu türkəm! Sən bilirsən ki, dəniz niyə bu qədər böyükdür?.. Çünki heç bir çayı, hətta ən kiçik dərəni belə özündən ayırmır. Başa düşənlərə..."

"Axar.az" xəbər verir ki, bu sözlər Azərbaycanın Kinqboksinq Federasiyasının sədri, millət vəkili Adil Əliyevin "turkiyehaberajansi.com" saytının "Müsafir qələm" rubrikasında gedən yazısında deyilir. Sayt millət vəkilinin bu fikirləri sosial şəbəkələrdən birində paylaşdığını bildirib.

Yazı bu cür davam edir:

"Hamınızın doğulduğu bölgəni sevdiyinizi və adətlərinizə hörmətlə yanaşdığınızı bilirəm. Hamı öz yerinin adətləri, təbii sərvətləri və məşhur şəxsləri ilə fəxr edir. Ancaq unutmayın, gücümüz birliyimizdə və bərabərləyimizdədir.

Heç kim deyə bilməz ki, mənim doğulduğum bölgə olmasaydı, türk dünyası olmayacaqdı, ya da Azərbaycan müstəqil olmayacaqdı. Ona görə hamımız çox da çətin olmayan, "haralısan?" sualını verməmək üçün əvvəlcə özümüzdən başlamalıyıq. Məncə, doğulduğumuz bölgənin adı pasportumuza yox, şəxsiyyət vəsiqəmizə yazılmalıdır. Biz sizinlə inkişaf edən Azərbaycanımızı daha da inkişaf etdirmək üçün qüvvələrimizi birləşdirməliyik. Daha böyük uğurlara imza atmalıyıq" qeyd edən millət vəkili öz əlifbamızın da olmasını çox arzuladığını bildirib:

"Bu arzuları həyata keçirtmək istəyənlərə yardım etmək üçün hazıram".

Tarix
2014.01.27 / 15:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla