Yuxarı

Köhnə maşınların əvəzinə yenisi verilə bilər - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avro-4 standartlarına uyğun olmayan avtomobillərin əhalidən alınmasına sığorta şirkətləri köməklik edəcək.

Bu barədə informasiya "Axar.az"a özəl mənbədən daxil olub.

Mənbə köhnə avtomobillərlə bağlı ortaya iki əsas şərtin qoyulacağını deyib. O, avtomobillərin müəyyən kompensasiya müqabilində ya məhv olunacağını (metalalom), ya da bununla razı olmayan şəxsin köhnə maşınından istifadə etməsinə qadağa qoyulacağını söyləyib. Köhnə maşınların əvəzinə əhaliyə yenilərinin götürülməsinin təklif ediləcəyi də verilən xəbərlər sırasındadır.

Bildirilir ki, maşın kreditə götürüldükdən sonra ilkin ödənişin siğorta şirkətləri tərəfindən ödənəcəyi nəzərdə tutulur. Avtomobilin qiymətinin yerdə qalan məbləğini isə maşın sahibi özü aybaay ödəyəcək.

Xəbərə aydınlıq gətirməsi üçün bir neçə siğorta şirkəti ilə əlaqə saxladıq. Hazırda ölkədə fəaliyyət göstərən siğorta şirkətləri bununla bağlı heç bir məlumata sahib olmadıqlarını bildirdilər.

Qeyd edək ki, Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuata bu günkü açıqlamasında ekologiyaya zərər vuran köhnə avtomobillərin alışı, yaxud da onlardan imtinaya görə kompensasiyanın ödənilməsinin qəbul ediləcək mümkün qərarların sırasında olduğunu demişdi. O, Avro-4 standartlarının ilk növbədə minik avtomobillərinə, bir az sonra isə yük və dəmir yol nəqliyyatına da aid ediləcəyini söyləmişdi.

Tarix
2014.01.27 / 15:04
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla