Yuxarı

Zabitimiz Qapanlıda şəhid olub - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

***

14:27

Düşmənin cəbhə bölgəsində təxribatları davam edir.

"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhid zabitimizin silahdaşları and içiblər ki, leytenant Səbuhi Əzizovun xatirəsini həmişə uca tutacaq, onun intiqamını alaraq qanını yerdə qoymayacaqlar!

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

***

15:22

Şəhid olmuş zabitimizin cəbhənin hansı istiqamətində düşmən gülləsinə tuş gəlməsi bəlli olub.

"Axar.az" xəbər verir ki, leytenant Əzizov Səbuhi Rüstəm oğlu Tərtər rayon Qapanlı kəndi istiqamətində həlak olub.

Tarix
2014.01.27 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla