Yuxarı

Məhəbbət Kazımov dünyasını dəyişdi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməkdar artist Məhəbbət Kazımov yarım saat əvvəl evində dünyasını dəyişib.
Müğənni epilepsiyadan (sudurğa) vəfat edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdan (BŞTTTYS) bizə verilən məlumata görə, təcili yardım həkimləri evə çatanda yəni saat 11:03-də artıq o keçinmiş olub. Təcili tibbi yardımdan verilən məlumata görə, müğənni təzyiq və şəkər xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gəlib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.
1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
Məhəbbət Kazımov "Laçın" instirumental ansambılının rəhbəri olub. 1990-cı ildə ailə həyatı qurub, üç övlad atasıdır (AzVision.az).

Tarix
2014.01.27 / 12:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla