Yuxarı

10 ən aktiv millət vəkilinin adı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mehriban Əliyeva sosial şəbəkələrin və medianın ən aktiv millət vəkilidir".

"Ağ Yol" Vətəndaş Hərəkatının mətbuat xidmətindən "Axar.az"a göndərilən məlumatda bildirilir ki, Hərəkat 2013-cü ilin media və sosial şəbəkələr üzrə ən aktiv millət vəkillərinin seçilməsi ilə bağlı sorğu keçirib. Feysbuk sosial şəbəkəsində keçirilən sorğuya əsasən Milli Məclisin 10 üzvü ən aktiv millət vəkili olaraq seçilib.

Geniş müzakirəyə səbəb olan sorğuda bəzi millət vəkillərinin ictimaiyyətə və mediaya qapalı olduqları təəssüflə vurğulanıb. Keçirilən sorğuya görə, sosial şəbəkələrin ən aktiv millət vəkili Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olub. Mehriban Əliyevanın feysbuk səhifəsinin üzvləri 100.000 nəfərdən artıqdır. Eyni zamanda Heydər Əliyev Fondunun da feysbuk səhifəsi da var ki, bu səhifə də bir çox xususiyyətlərinə görə feysbukun ən aktiv səhifələrindən hesab olunur.

Bundan sonrakı pillədə millət vəkili Rövnəq Abdullayev dayanır. Rövnəq Abdullayevin feysbuk profili və onun rəhbərlik etdiyi SOCAR-ın feysbuk səhifələri ən aktiv səhifələrindəndir.

Millət vəkilləri Qənirə Paşayeva və Azay Quliyev sosial şəbəkələrdəki aktivliyinə görə növbəti pillələrdədir.

Qənirə Paşayevanın feysbuk profili abunəçilərinin sayına görə ən iri profillərdən hesab olunur. Xanım millət vəkili bu profilindən gündəlik paylaşımlar edir. Millət vəkili Azay Quliyevin də profili və səhifəsi aktiv olaraq gündəlik fəaliyyət göstərir. Millət vəkilinin rəhbərlik etdiyi Prezident yanında QHT-lərə Dövlət Şurasının da feysbuk səhifəsi və profili də sosial şəbəkələrdə aktivdir.

Bundan sonrakı pillələri ardıcıl olaraq Adil Əliyev, Fazil Mustafa, Aydın Mirzəzadə, Əli Məsimli, Zahid Oruc, Fuad Muradov bölüşür.

Tarix
2014.01.27 / 12:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla