Yuxarı

Prezidentin mətbuat katibi bayraq qalmaqalından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Davos Forumu çərçivəsində keçirilən Azərbaycan və İsrail prezidentlərinin görüşündə masanın üzərində ölkə bayrağının görünməməsi mətbuatın diqqətindən yayınmayıb. Bununla əlaqədar bütün problemli məqamlara Prezidentin mətbuat katibinin rəhbəri Azər Qasımov "Musavat.com"da aydınlıq gətirib.

- Azər bəy, Azərbaycan və İsrail prezidentlərini Davos görüşü zamanı Azərbaycan bayrağının masa üzərinə qoyulmamasının səbəbi barədə nə deyə bilərsiniz?

- Davos kimi böyük, çoxsaylı dövlətlərin iştirak etdiyi forumlarda elə görüşlər olur ki, nə arxada, nə masa üzərində bayraq olmur. Yəni bu cür forumlarda görüşlər həddindən artıq çox və qrafik sıx olur deyə, hansısa ölkənin bayrağının qoyulması elə bir əhəmiyyət kəsb etmir. İkitərəfli görüşlərdə, yaxud qarşılıqlı səfərlər zamanı isə əlbəttə ki, dövlət atributları mühüm rol oynayır. Davos Forumunda kiçik görüş otaqları olur, çünki orda yer çatışmır, xeyli şəxslər bir-biri ilə görüşür. Ona görə də texniki baxımdan belə məsələlər mahiyyət kəsb etmir.

- Ancaq görüş otağında yalnız İsrail bayrağı qoyulub deyə, bu, diqqət cəlb edib. Əks təqdirdə ortaya heç bir sual çıxmazdı...

- Məsələnin mahiyyətini mən yuxarıda izah etdim. Elə vəziyyət olur ki, heç bir ölkə prezidentinin arxasında və ya masa üzərində hər hansı bayraq olmur. Yaxud elə vaxt olur, bayrağı biri qoyur, o birisi qoymur. Böyük forumlar zamanı elə vaxt olur ki, bir neçə ölkənin nümayəndə heyətləri qapının arxasında gözləyirlər ki, o biri nümayəndə heyətlərinin görüşü bitsin və onlar içəri daxil olsun. Çünki otaqlar az olur və onlarla görüşlər eyni vaxta təsadüf edir. Hətta görürsən dövlət başçıları da digər görüşün bitməsini və həmin otağa girmələrini gözləyirlər. Yəni belə hallar olur və tam məsuliyyətimlə deyirəm, bunun hər hansı bir siyasi, yaxud başqa mənada əhəmiyyəti yoxdur.

- Ancaq bir zamanlar İrandakı görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması halı baş vermişdi və onda da qalmaqal olmuşdu. Odur ki, bayraq məsələsinə cəmiyyətdə həssas münasibət var...

- O vaxt qalmaqal oldu və izahatı da verildi. Ancaq indi belə şeylər olmur. Bütün bunlar hamısı texniki əhəmiyyət kəsb edir. Tam səmimi deyirəm, burada başqa məqam axtarmaq lazım deyil.

Tarix
2014.01.27 / 10:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla