Yuxarı

Prezidentdən Heydər Əliyev haqda gözlənilməz sözlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan Respublikasının prezidenti Dövlət Universitetinin tələbələri ilə görüşüb.

"Axar.az" xəbər verir ki, Rusiyada ənənəvi olaraq keçirilən Tələbə gününə həsr olunmuş görüş tələbələrlə dialoq şəklində keçib. Tələbələrdən birinin "Ramazan Abdulatipov kimləri həyatda öz müəllimləri hesab edir?" sualına prezident maraqlı cavab verib.

"Düşünürəm, əsas müəllimim - anam, atam, xalam, məktəbdə ilk siniflərdə dərs verən müəllimim Varvara İvanovnadır. Onun o vaxt 19 yaşı var idi və bizim üçün ilahə idi. Hamımız ona aşiq olmuşduq. Bu hislərin sayəsində kitabları oxumağa başladım. Beşinсi sinifdə oxuyanda Varvara İvanovna kitabxanada işləyirdi. Və mən hər gün kitabxanaya gedirdim. Sonra o məni yoxlamağa başladı ki, götürdüyüm kitabları oxuyuram, ya yox. Səhər saat beşdə dururdum, kitablarımı oxuyub nahardan sonra kitabxanaya gedirdim...

Xunzaxdan Məhəmməd Karaeviçi - məktəb direktorunu yaxşı xatırlayıram. Abilovanı, Haсı Həmzat Həmzətovu öz müəllimlərim hesab edirəm. Rəsul Həmzətov da müəllimim idi.

Heydər Əlirza oğlu Əliyevi isə siyasət müəllimim hesab edirəm, biz uzun müddət bu müdrik insanla ünsiyyət saxlayırdıq.

Mənim namizəd və həkim işi rəhbərim olmuş Tatyana Yuryevna Burmistrova. Mərkəzi Seçki Komissiyasının bölmə müdiri Vyaçeslav Mixaylov. Sonuncu müəllimimsə Vladimir Vladimiroviç Putindir. Məndən daha gənс olsa da, ondan çox şey öyrənmişəm. O, Rusiya Federasiyasının Prezident Administrasiyası başçısının müavini olaraq ərazilərə nəzarət edirdi, mən də Rusiya Federasiyası Hökumətinin sədr müavini vəzifəni tutaraq ərazilərə nəzarət edirdim. Onunla işləmək çox rahat idi. Biz işdə və bağda qonşuyduq.

Məhəmmədəli Məhəmmədovu da müəllimim hesab edirəm - çox müdrik insandır. Mən indi də ondan öyrənməyə davam edirəm".

Tarix
2014.01.26 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla