Yuxarı

Hakimiyyəti ələ keçirməyə cəhd edənlərə cinayət işi açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukraynada müxalifətin radikal əhval-ruhiyyəli tərəfdarları şəhər Meriyası və Kremençuq Radasının yerləşdiyi binanı ələ keçirməyə çalışıblar.

"Axar.az" bu haqda Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, Kremençuq Şəhər Milis İdarəsi şəhər Meriyasının və Kremençuq Radasının yerləşdiyi binanı ələ keçirmək faktıyla bağlı cinyat işi açıb. Bu haqda şəhər porkuroru Timofey Koloda məlumat yayıb.

Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 341-ci (hakimiyyət orqanlarının fəaliyyətini təmin edən binanın ələ keçirilməsi cəhdi) maddəsilə açılıb.

Xatıladaq ki, 2013-cü il noyabrın sonlarında Ukraynada Avrointeqrasiya proseslərinin dayandırılmasına etiraz hərəkatı başlayıb. Hadisələrin sonradan daha şiddətli hal almasına isə bu il Radanın "icazəsiz küçə aksiyaların keçirilməsi, KİV-lərdə böhtan, internetdə haker hücumları və ümumiyyətlə, vətəndaşların istənilən etiraz hərəkətlərinə qarşı sərtləşdirilmiş qanunlar paketi"nin qəbul edilməsi səbəb olub. Qanun yanvarın 22-sində qüvvəyə minib.

Yanvarın 22-də Kiyevin mərkəzi Qruşevski küçəsində müxalifət tərəfdarları ilə hakimiyyət qüvvələrinin toqquşması nəticəsində maydançılardan Sergey Niqoyan və Mixail Jiznevski həyatını itirib. Onların odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir. Ukrayna Daxili İşlər Nazirliyi isə bu şəxslərin ölümünə səbəb ola biləcək silahlardan istifadə etmədiyini iddia edir.

Tarix
2014.01.26 / 20:51
Müəllif
Alpər Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla