Yuxarı

Ukrayna növbəti qalda: Rumıniyadan ərazi iddiası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdəki hadisələrin gərgin bir vaxtında Rumıniyada bəzi dairələr və kütləvi informasiya vasitələri fürsətdən yararlanaraq, Ukraynaya qarşı torpaq iddiası ilə çıxış ediblər.

"Axar.az"ın məlumatına görə, Rumıniyadan səslənən bəyanatlar o qədər ciddi xarakter alıb ki, hətta hərbi müdaxilənin mümkünlüyü istisna olunmayıb. "Ukrayna vətəndaş müharibəsi astanasındadı. İstisna olunmur ki, olkə iki hissəyə bölünəcək: Qərbi və rusiyameyilli Şərqi Ukrayna. Belə olan təqdirdə Rumıniya Şimali Bukovina, Hersok dairəsi, Şimali və Cənubi Bessarabiyadakı rumınların müdafiəsinə qalxa bilərmi?" – başlığı ilə nüfuzlu "Adevarul" rumın dərgisində ictimaiyyətə müraciət olunub. Materialda vuğulanır ki, Ukrayna SSRİ tör-töküntüsündən yaranan qeyri-xalq dövlətidir. Rumıniyanın 24 illik tarixə malik qonşusuna haqlı ərazi iddiası var. Güc tətbiqinə üstünlük verən Yanukoviç administrasiyasının müxalifətlə gərginliyi ökəldə vətəndaş muharibəsini qaçılmaz edir:

"Məgər belə durumda Rumıniya Ukraynada yaşayan soydaşlarının hüquqlarının müdafiəsinə, eləcə də tarixi torpaqlarının hərbi yolla qaytarılmasına addım atmamalıdımı?" – dərgidə vurğulanır.

Dərginin iddiasına görə, hazırda Ukrayna əraziləri olan Şimali Bukovina, Hersok dairəsi, Şimali və Cənubi Bessarabiya 28 iyun 1940-cı ilə qədər Böyük Rumıniyanın tərkibində olub. Hətta alman faşistlərinin zəbtindən sonra belə bu torpaqlarda 1941-1944-cü illərdə Rumın qanunları işləyib.

Tarix
2014.01.26 / 18:43
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla